Şri Lankada Bandaranaike hava limanının əməkdaşları çinli sərnişindən 200 diri əqrəb müsadirə edib.
Trend-in məlumatına görə, 30 yaşlı şəxs əqrəbləri plastik qablara yığaraq çantada gizlədib.
Lakin gömrük baxışı zamanı əqrəblər aşkar edilib və müsadirə olunub. Həmin şəxs 551 dollar məbləğində cərimələndikdən sonra təyyarəyə buraxılıb.
Onun əqrəblərin zəhərindən istifadə etmək üçün Çinə aparmaq istədiyi məlum olub.