“Soyuq fəsillərdə respirator virus infeksiyaların yayılması üçün münbit şərait yaranır”.
Milletinsesi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, bununla da tənəffüs orqanlarının qorucuyuluq fəaliyyəti azalmış olur: “Əgər kütləvi immunitet formalaşmış olsa xəstəliyə yoluxma ehtimalı daha aşağı düşür. Mövcud peyvəndlər müəyyən qədər insanları xəstəliklərdən qoruya bilir”.