Hindistanın Aqra şəhərində Tac-Mahal məqbərəsi təxliyə olunub.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, yerli polis məqbərə yaxınlığında bomba yerləşdirilməsi barədə zəng daxil olduğunu bildirib.
Bununla əlaqədar olaraq, məqbərədə olan turistlər təxliyə olunub, bölgəyə giriş-çıxış bağlanıb.
Qeyd olunur ki, mütəxəssislərin keçirdiyi axtarış hər hansı bir nəticə verməyib.
Hazırda təhdid zəngini edən şəxsin axtarışları aparılır.