Tacikistanda koronavirusa ilk yoluxma halı aşkarlandı

Ötən ilin sonunda Çində meydana gələn yeni növ koronavirus daha bir ölkədə görülüb.

Milletinsesi.az xəbər verir ki, Tacikistanda koronavirusa ilk yoluxma halları aşkarlanıb. Bu barədə ölkənin dövlət kanalı məlumat verib. Bildirilib ki, 15 nəfərdə yeni növ koronavirus aşkarlanıb.

Qeyd edək ki, hazırda 210 ölkədə koronavirusa yoluxma halı təsbit edilib. Dünyada yoluxanların sayı 3 milyon 232 mindir.

Share: