Tacikistanın ilk müdafiə naziri vəfat edib

Tacikistanın ilk müdafiə naziri vəfat edib

Tacikistanın ilk müdafiə naziri Aleksandr Şişlyannikov 73 yaşında vəfat edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ehtiyatda olan general-mayorun hərbi elmi-tətbiqi inkişaf mərkəzində çalışdığı bildirilib.

“2023-cü il sentyabrın 15-də ömrünün 73-cü ilində Özbəkistan Respublikası Silahlı Qüvvələri Akademiyasının Hərbi Elmi və Tətbiqi İnkişaf Mərkəzinin baş elmi işçisi, ehtiyatda olan general-mayor, hərbi elmlər namizədi, professor Aleksandr Vladimiroviç Şişlyannikov ağır xəstəlikdən sonra dünyasını dəyişib”, – deyə məlumatda bildirilib.

O, Daşkənd Ali Tank Komandanlığı Məktəbini bitirib, sonra Çexoslovakiya və Almaniyada sovet qoşunlarında xidmət edib.

O 1993-cü ildən 1995-ci ilə qədər bu vəzifədə olmuşdur.

Mənbə

Share: