Tailandla sərhəd münaqişəsində 12 kambocalı ölüb, 74 nəfər yaralanıb

Tailandla sərhəd münaqişəsində 12 kambocalı ölüb, 74 nəfər yaralanıb

Dekabrın əvvəlində Kamboca ilə Tailand arasında kəskinləşən sərhəd münaqişəsi 12 kambocalının ölümünə və daha 74 nəfərin yaralanmasına səbəb olub.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri “Khmer Times” qəzeti ənə Kambocanın informasiya naziri Neth Pheaktra deyib:

“Tailand ordusu Kambocanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan hücumlarda döyüş təyyarələri və kaset bombaları da daxil olmaqla ağır silahlardan istifadə edib. Pheaktra bildirib ki, son doqquz gün ərzində Tailand ordusu mülki əhalini, yaşayış binalarını, körpüləri, məktəbləri, xəstəxanaları və məbədləri hədəf alıb. Dekabrın 14-nə olan məlumata görə, nazir əlavə edib ki, 120 814 ailə (403 601 nəfər) Tailandın təcavüzündən qaçmağa məcbur olub və qaçqın vəziyyətinə düşüb”.

Share: