Tarix boyu ermənilərin təxribatları ilə daim üz-üzə qalmışıq. İstər daxildən, istərsə də xaricdən bütün vasitələrədən istifadə edən xain qonşularımız mədəniyyətimizə, musiqimizə, sözlərimizə, torpaqlarımıza göz dikərək daim onları öz adlarına yamamağa çalışıblar. Çox təəssüf ki, onlar yanımızda və içimizdə də bizim adlar altında gizlənərək iyrənc əməllərini bu gün də həyata keçirirlər.
Milletinsesi.az xəbər verir ki, növbəti erməni təxribatları “Google”də tərtib olunan xəritədə Azərbaycan ərazilərini erməni ərazisi kimi göstərib, onların adlarının ermənicə yazmalarıdır. Xəritədə ermənilər və onların havadarlarının köməyi ilə işğal olunmuş Azərbaycan əraziləri ermənicə yazılıb. Bu azmış kimi həmin xəritələr Azərbaycanda fəaliyyət göstərən taksilərdə istifadə edilir.
Təəssüflər olsun ki, aidiyyatı qurumlar da buna göz yumurlar.
Qeyd edək ki, həmin xəritələr taxsi xidməti göstərən “*8555” şirkətinin abunəçiləri olan avtomobillərdə quraşdırılıb.
Həmin şirkətlə mövzu ilə əlaqədar əlaqə saxladıq: Bildirdilər ki, sizə bu haqda məsələ araşdırılandan sonra məlumat veriləcək.