İnsanları narahat edən məqamlardan biri taksilərlə bağlı qanunun qəbul olunmasından sonra qiymətlərdə olan dəyişikliklərdir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.
“Bu gün insanlar narahatdır ki, taksilərin qiyməti nə qədər qalxacaq? Bu qanunun qəbulu ona görə yaxşıdır ki, ölkədə 5 taksi aqreqatoru at oynadırdı, hökumranlıq edir. İndi haqlı rəqabət ola bilər”,- deyə deputat vurğulayıb.
Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunur.