Türkiyəli keçmiş model, hazırda televiziya aparıcısı olaraq çalışan Ebru Şallı ərə gedib.
Axşam.az xəbər verir ki, Ebru iki illik sevgilisi Uğur Akkuşla ailə qurub.
Çırağan Sarayında baş tutan nikah mərasiminə cütlüyün ailə üzvləri və yaxın dostları qatılıblar.
Qeyd edək ki, bu, Ebrunun 3-cü evliliyidir.Daha evvəlki evliliklərindən onun üç uşağı var.