“Barselona” və “Mançester Siti” kimi klublarda oynamış Yaya Ture özünü yeni sahədə sınamağa qərar verib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, kot-D`ivuarlı veteran futbolçu menecerliyə başlayıb. O, bundan sonra futbol agenti kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Turenin son klubu Yunanıstan “Olimpiakos”u olub. Afrikalı ötən ilin dekabrında bu komandadan ayrılıb.