
Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub.
Bu barədə yerli hökumətin nümayəndəsi Yahaya Navanda bildirib.
Onun sözlərinə görə, şaxta güclü yağış nəticəsində dağılıb: “Ölənlərlə yanaşı itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir”.
Qəza zamanı mədəndə olan şaxtaçıların dəqiq sayı məlum deyil.