Tarif Şurası ləğv edilməlidir – Deputat

2 iyul Polis Günü münasibətilə daxili işlər naziri Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini təbrik edirəm. Polis tutucu orqandır və hərdən tənqid olunması da təbii haldır. Amma unutmayaq ki, özümüzə qarşı təhlükə hiss edən zaman gözümüz hər yerdə polis axtarır. Belə vəziyyətlərdə polisi görən şəxs ən yaxın əzizini gördüyü kimi sevinir. Əziz polislər, peşə bayramınızı təbrik edirəm.

Millətin Səsi.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır və əsaslandırma arqumentləri də tutarlı deyil.

Razi Nurullayev Azərbaycanda təyyarə biletinin qiymətinin bahalaşmasından şikayət edib:

“AZAL büdcənin pulu və dövlətin zəmanəti ilə təyyarə alır, biz də basa-basa gedib Tiflisdən uçuruq. Tarif Şurası ləğv edilməli və səlahiyyətləri isə parlamentə verilməlidir. İnanıram ki, bu qərarın mənfi təsirini azaltmaq üçün hökumət tərəfindən əlavə sosial qərarlar və sosial paketlər hazırlanacaq. Milli Məclis də bu yöndə lazımi müzakirələr keçirməlidir”.

Share: