“Tarixən Qarabağda siyasi əhval-ruhiyyə rusiyapərəst olub…”- Erməni politoloq

“Ermənistanın Brüssel və Amerika platformalarında apardığı danışıqlar Dağlıq Qarabağda həmişə çaşqınlıqla qarşılanıb…” 

 

“Qarabağdakı vəziyyət yeni hökumətin Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı ilə necə əlaqə quracağından asılıdır. Əgər bu hökumət yeni komandanla ümumi xətt tapıb təhlükəsizliyi təmin edə bilsə, o zaman bu, müsbət olacaq. Lakin  bu halda da Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ arasında koordinasiyalı əlaqələr daha da azalacaq”. 

 

Moderator.az xəbər verir ki, bunu Ermənistan News.am-in müxbirinə müsahibəsində politoloq Qarik Keryan deyib.

 

Onun sözlərinə görə,  qondarma rejimin “prezidenti” Arayik Arutyunyan və “hökuməti” problemlərin həllini tapa bilmədi.  

 

“Əlbəttə, həll yolu tapmaq şansı o qədər də yüksək deyildi, çünki Artsax tanınmamış respublikadır və beynəlxalq əlaqələri yoxdur, lakin biz aktiv axtarışları da görmədik, Arutyunyan inert idi”, – Keryan qeyd edib.

 

Politoloq əlavə edib ki, tarixən Dağlıq Qarabağda siyasi əhval-ruhiyyə rusiyapərəst olub.

 

“Ermənistanın Brüssel və Amerika platformalarında apardığı danışıqlar Dağlıq Qarabağda həmişə çaşqınlıqla qarşılanıb. Onların bəyanatlarının kontekstinə görə, Dağlıq Qarabağda Ermənistanın Rusiya ilə danışıqlarda həll yolunu tapmasına üstünlük vermələri nəzərə çarpırdı”,- deyə erməni politoloq vurğulayıb.

 

S.Laçın

 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə

Share: