“Tarixi qələbəmizi əks etdirən bədii əsər yazılmayıb, filmlər çəkilməyib”

“Tarixi qələbəmizi əks etdirən bədii əsər yazılmayıb, filmlər çəkilməyib”

“Azərbaycan 3 ildir qələbə qazanıb. Lakin hələ də bu tarixi özündə əks etdirən bədii əsər və filmlər görə bilmirik”.

 

Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

 

O bildirib ki, dövlət büdcəsindən kino sahəsi üçünü ayrılan vəsaitlərə də bu istiqamətdən baxılmalıdır:

 

“Bəzən insan unutqan olur. Tarixi qələbədə əməyi olan qəhrəmanları yaşatmalıyıq. Mədəniyyət Nazirliyi də bilavasitə bu işə dəstək verməli və nəticə görməliyik”.

 

Mənbə

Share: