“Taxıl sazişi” çərçivəsində daşınan taxılın miqdarı açıqlandı 

“Taxıl sazişi” çərçivəsində indiyədək Ukraynanın 14,3 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb

 

Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 569 gəmi Ukrayna limanlarını tərk edib.

.

Dekabrın 20-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 4 gəmisi Odessa limanlarını tərk edib.

 

Hazırda Odessa limanlarında 27 gəmi emal mərhələsindədir. Onlara 1 milyon ton Ukrayna kənd təsərrüfatı məhsulu yüklənir.

Mənbə

Share: