
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko taxıl sazişi ilə bağlı açıqlamalar verib.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Taxıl sazişi uzadıldı. Eyni şərtlərlə uzadılmasından söhbət gedir. Rusiya Federasiyasından kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosesi gedir, lakin yavaş-yavaş baş verir. Rusiya Federasiyası taxıl müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsini israrla təmin etməyə çalışacaq”, – deyə o bildirib.
“Rusiya “Şimal axını”nda terror aktlarının təhqiqatında iştirak etməkdə israrlı olacaq, hələlik bu prosesdə heç bir irəliləyiş yoxdur”, – nazir müavini əlavə edib.