Tayland-Kamboca sərhədində toqquşma: 15 nəfər ölüb

Tayland-Kamboca sərhədində toqquşma: 15 nəfər ölüb

Tailandda Kamboca ilə sərhəddə baş verən silahlı toqquşmalar zamanı biri əsgər olmaqla, azı 15 nəfər ölüb, 46 nəfər yaralanıb.

 

Millətin Səsi.az xəbər verir ki, Tailand Səhiyyə Nazirliyinin məlumatına görə,Surin əyalətində 5, Sisaket vilayətində isə biri əsgər olmaqla 9 nəfər həlak olub. Ubon Raçathani əyalətində də bir mülki şəxsin öldüyü bildirilir.

Toqquşmalar iyulun 24-də səhər Kambocanın Oddar Meanchey əyalətindəki mübahisəli sərhəd bölgəsi yaxınlığında baş verib.

Share: