Taylandda tankerdə partlayış baş verib, 8 işçi itkin düşüb

Taylandda tankerdə partlayış baş verib, 8 işçi itkin düşüb

Taylandda Muanq rayonunda Meklonq çayında neft daşıyan tankerin partlaması nəticəsində 8 nəfər itkin düşüb.

 

Bu barədə “Bangkok Post” məlumat yayıb.

 

“Smooth Sea 22” tankerinin göyərtəsində baş vermiş partlayışla bağlı məlumat yerli vaxtla 09:17 radələrində polisə daxil olub.

 

Tanker gəmiqayırma zavodunda müntəzəm texniki baxışdan keçirmiş və onun çənləri boş idi.

 

Bildirilib ki, partlayış bir neçə kilometr radiusda eşidilib. Təxminən, bir saatdan sonra gəmidəki yanğının nəzarət altına alındığı barədə məlumat verilib.(Report)

Mənbə

Share: