Gürcüstanın hökumət başçısının müavini Teya Sulukuani Rusiya-Ukrayna müharibəsi haqqında yeni açıqlama verib.
Modern.az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, o, ölkəsinin Ukraynaya hərbi yardım etməyəcəyini bəyan edib.
Baş nazirin müavini bunu müharibəyə qoşulmaq istəməməklə əlaqələndirib.
“Tbilisi bu münaqişəyə cəlb olunmaq istəmir. Buna görə də Ukraynaya hərbi yardım göstərilməyəcək”, – deyə Sulukiani söyləyib.
Qeyd edək ki, Ukrayna Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu zamanı rəsmi Tbilisiyə yardım göndərmişdi.