
Türk Dövlətləri Təşkilatı (TDT) Türk dünyasını Novruz bayramı münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, təbrik təşkilatın rəsmi tviter səhifəsində yayımlanıb.
“Baharın müjdəçisi və Türk dünyasının tayı-bərabəri olmayan ortaq mədəni dəyərlərindən biri olan Novruz bayramını ən içdən diləklərimizlə təbrik edirik”, – deyə paylaşımda qeyd olunub.