
TƏBİB-in əmrilə diş texniki vəzifəsində çalışan şəxs diş həkimi vəzifəsinə keçirilib.
Millətin Səsi.az Teleqraf-a istinadən xəbər verir ki, 18 aprel 2025-ci il tarixli 18-1/3-1-619/2025 saylı əmrlə Goranboy Rayon Mərkəzi Xəstəxanasında 23 May 2025-ilə qədər “diş texniki” vəzifəsində çalışan şəxs “diş həkimi” ştatına keçirilib.
Sözügedən əmrin fotosu var. Əmri imzalayan şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Arzu Teymurov, diş texniki vəzifəsindən diş həkimi vəzifəsinə keçirilən isə Ağalar Məcid oğlu Sərdarovdur.
Mövzu ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb. Amma günlərdir sorğuya münasibət bildirilmir, “aidiyyəti üzrə yönləndirilib, cavab olanda təqdim ediləcək” deyilir