
Tehran Vaşinqtonla münasibətlərdəki problemlərin həlli üzərində işləməyə hazırdır.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla telefon danışığı zamanı bildirib.
“Biz ABŞ-la aramızda olan problemləri beynəlxalq normalar əsasında həll etməyə hazırıq. Biz heç vaxt qanuni hüquqlarımızdan kənar heç nə tələb etməmişik”, – Pezeşkianın mətbuat xidməti onun sözlərindən sitat gətirib. Bu kontekstdə dost və qardaş ölkələrimizdən istənilən yardımı alqışlayırıq”.
Qeyd edək ki, İyunun 13-də səhər tezdən İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. 24 saat keçməmiş İran cavab zərbəsi endirib. Doqquz gün sonra, iyunun 22-də səhər saatlarında ABŞ təyyarələri İranın üç nüvə obyektinə hücum edərək münaqişəyə daxil oldu. Növbəti axşam Tehran Qətərdə yerləşən ABŞ-ın regiondakı ən böyük hərbi hava bazası olan Əl-Udeidə raket zərbəsi endirib. ABŞ rəsmilərinin məlumatına görə, tələfat və ciddi dağıntı yoxdur.
İyunun 24-də Tramp İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. İsrail hakimiyyəti ABŞ-ın təklifini qəbul etdiklərini təsdiqləyərək, İrana qarşı əməliyyatlarında bütün məqsədləri başa çatdırdıqlarını açıqlayıb. Öz növbəsində Tehran Təl-Əvivi birtərəfli qaydada təcavüzünü dayandırmağa məcbur etməklə, üzərində qələbə qazandığını bildirib.