Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı, Vətən Müharibəsi iştirakçısı polkovnik Tehran Mənsimov 50 yaşını qeyd edib.
Modern.az xəbər verir ki, doğum günü məclisində lentə alınan görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Fotolardan göründüyü kimi, Tehran Mənsimov yubileyini yaxın dostları ilə birlikdə keçirib.
Məclisdə iştirak edənlər arasında güləş üzrə 3 qat dünya və Avropa çempionu Hacı Əliyev, Ukraynada yaşayan azərbaycanlı iş adamı Oleq Krapivin (Bakinski) və Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Robert Eyyubov da olub.