Tehranda qadın geyimləri satan mağazalar bağlandı

İranın Tehran şəhərində onlarla mağazanın fəaliyyəti qadın geyimləri satdıqlarına görə dayandırılıb.

 

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

 

Məlumata görə, bunu sosial media fəalları və mağaza sahibləri bildiriblər. Onların sözlərinə görə, Tehran polisi qadın şalvarlarının satışını islam qaydalarına zidd hesab etdiyi üçün mağazaları bağlayıb və bütün malları müsadirə edib.

 

Mənbə

Share: