Teledərslərin martın 24-nə olan cədvəli açıqlandı – Cədvəl

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan və Novruz bayramı ilə əlaqədar fasilə verilən “Dərs vaxtı” proqramı martın 24-də yenidən efirə çıxacaq.

Nazirlikdən bildirilib ki, şagirdlər dərs cədvəlinə diqqət etməli, dərsi “Dərs vaxtı”nda öyrənməlidirlər.

Teledərslərin martın 24-nə olan cədvəlini təqdim edirik:

Azərbaycan bölməsi üzrə

10:00-da Fiziki tərbiyə

10:20-də XI sinif – Kimya, Azərbaycan tarixi, Fizika, Coğrafiya

11:05-də IX sinif – Coğrafiya, Fizika, İngilis dili, Azərbaycan tarixi

11:50-də VIII sinif – Azərbaycan dili, Riyaziyyat, Kimya, Biologiya

12:30-da VII sinif – Azərbaycan tarixi, Riyaziyyat, Coğrafiya, Xarici dil

13:05-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri İncəsənət

13:40-da I sinif – Azərbaycan dili, Riyaziyyat, , İngilis dili

Rus bölməsi üzrə

14:30-da X sinif – Riyaziyyat, Kimya, Coğrafiya

15:10-da XI sinif 15:00-da – Rus dili, Fizika, Biologiya dərslərini izləyə bilərlər.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək. Martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Share: