Televiziya qülləsinə hücum edən rus pilot həbs edildi 

Televiziya qülləsinə hücum edən rus pilot həbs edildi 

Ukrayna məhkəməsi rusiyalı hərbi pilotu 12 il müddətinə azadlıqdan məhrum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

O, müharibə qanunlarını və adətlərini pozmaqda ittiham olunur.

 

Məlumata görə, istintaq onun idarə etdiyi təyyarənin 2022-ci ilin martında Xarkov televiziya qülləsinə zərbələr endirdiyini bildirir.

 

Bildirilir ki, 12 il müddətinə azadlıqdan məhrum edilən pilot Rusiyanın Qərb Hərbi Dairəsinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə 6-cı Ordusunun hərbi hissəsinin komandir müavinidir.

Mənbə

Share: