Böyük Britaniyanın Baş naziri Tereza Mey istefaya gedəcəyini açıqlayıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Röyter” informasiya yayıb.
“Bu gün bəyan edirəm ki, iyunun 7-də istefaya gedəcəyəm”, – Mey bildirib.
Baş nazir həmçinin istefa qərarı barədə kraliçaya məlumat verdiyini söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl Britaniya mətbuatı Meyin mayın 24-də istefa qərarını açıqlayacağı bildirmişdi.