“Merilen Monronun paltarı 100 000, Freddi Krügerin əlcəkləri 112 500, Arnold Şvartseneggerin motosikleti 212 500 dollara satılıb…”
Dallasda “Hollywood & Entertainment Signature” onlayn-hərrac keçirilib və məşhur Hollivud filmlərindən rəmzi əşyalar satılıb.
Moderator.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Onlayn-hərracda əsas lotlar “Şahzadə və rəqqasə” filmindən Merilen Monronun məşhur geyimi, “Vyazov küçəsində dəhşət” filmindən Freddi Frügerin əlcəkləri və “Terminator”da Arnold Şvartseneggerin hərəkət etdiyi “Harley-Davidson” motosikleti olub.
Məlumat verilir ki, “kino tarixinin bir hissəsi” uğrunda mübarizədə təxminən 1700 adam iştirak edib, Hollivud filmlərindən olan rəmzi əşyalarıa görə bütövlükdə 7, 9 milyon dollar xərclənib.
Hərracın ən gözəl və qiymətli lotlarından biri aktrisa Merilen Monronun Lourens Olivyenin “Şahzadə və rəqqasə” romantik komediyasında baş qadın obrazında oynadığı mirvari ilə tikilmiş paltarı olub. “Hollivudun əsas sarışın qadını”nın geyimi 100 min dollara satılıb.
“Vyazov küçəsində dəhşət” filmindən Freddi Krügerin əlcəkləri uğrunda dünyanın müxtəlif guşələrindən dəhşətli filmlər həvəskarları mübarizə aparıb. Uşaq dəhşətlərinin baş canisinin qorxulu aksessuarından hərrac evi 112 500 dollar qazanıb.
Kino tarixində ən məşhur motosikletlərindən biri Ceyms Kemeronun məşhur “Terminator-2: Qiyamət günü” döyüş filmində gənc Arnold Şvatseneggerin hərəkət etdiyi 1991-ci ilin “Harley-Davidson FLSTF Fat Boy” motosikletidir. Ona 212 500 dollar verilib.
“Hollywood & Entertainment Siqnature” hərracında həmçinin “Cəsur ürək”filmindən Uilyam Uollesin qılınc və qını 275 000 dollara;
Corc Lukasın “Ulduz müharibələri” fantastik saqasından “Y-wirg” qırıcısı 175 000 dollara;
Ceyms Bondun “Doktor Nou” filmindən Ursula Andessin bikinisi 300 000 dollara;
“Oz ölkəsinin sehrbazı” filmindən zalım ifritənin qum saatı 495 000 dollara satılıb.