Terrorçular Türkiyə sərhədçilərinə təslim oldu

İraqın şimalında fəaliyyət göstərən 3 PKK terrorçusu Türkiyə sərhədçilərinə təslim olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində məlumat yayıb.

 

“İraqın şimalında daldalanacaqlarından qaçan 3 PKK-çı terrorist Haburda yerləşən sərhəd postumuza təslim olub”, – məlumatda qeyd olunub.

 

“Türk Silahlı Qüvvələrinin terror təşkilatı PKK-ya qarşı əməliyyatları tam sürətlə davam edir, təşkilatın dağılması da davam edir”, – nazirlik əlavə edib.

Mənbə

Share: