Terrorçuların lideri oğlu ilə birlikdə öldürüldü

Misir ordusunun Sinay yarımadasının şimalında keçirdiyi antiterror əməliyyatı zamanı İŞİD-in bu bölgədəki lideri “Əbu Ənas” ləqəbli təhlükəli terrorçu Cəmil Süleyman Zurayi və onun oğlu məhv edilib.

 

Modern.az xəbər verir ki, Əl-Ariş şəhərində keçirilən əməliyyat zamanı İŞİD liderinin ətrafında olan bir neçə terrorçu da öldürülüb.

 

Qeyd edək ki, Misir ordusu 2013-cü ildən bəri Sinay yarımadasının şimalında İŞİD terrorçularına qarşı hərbi əməliyyatlar həyata keçirir. 

Mənbə

Share: