Teymur Rəcəbov blitsdə sonuncu olub

Teymur Rəcəbov blitsdə sonuncu olub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirinin blits üzrə yarışında sonucu olub.

36 yaşlı qrossmeyster keçirdiyi 9 oyunun 2-də qələbə qazanıb, 3-də heç-heçə edib, 4-də isə uduzub.

Beləliklə, Rəcəbov ikinci günü 3,5 xalla başa vurub. Bir gün öncə 2 xal toplayan milli üzvü blits turniri 5,5 xalla sonuncu – 10-cu pillədə başa vurub.

Qeyd edək ki, Teymur Rəcəbov daha öncə rapid üzrə mübarizədə 5,5 xalla ikinci olmuşdu. Yarışda həmyerlimizlə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparıb.

Mənbə

Share: