Enerji azlığı, yuxululuq və hər ay xəstələnmək, soyuqdəymələr orqanizmdə D vitamini əskikliyindən xəbər verir.
“Medicina” xəbər verir ki, terapevt Anastasiya Titova qışda sağlamlığında problem olanları bu vitamini nəzarətə almağa çağırıb. “Bir neçə ay davam edən soyuq aylarda bu vitamin kəskin düşür. Bu maddə immun sistemin resursunu təmin edir. Ona görə defisit olan insanlarda tez-tez soyuqdəymələr olur. Digər simptomu yorğunluq, yuxululuq, diqqət pozulması və əzginlikdir. Uşaq və böyüklərdə defisit həzm pozulmaları – qəbizlik, ürəkbulanma, ishal və qarında ağrı ilə özünü göstərir. Sümük, oynaqlarda ağrı, əzələ zəifliyi, əzələ ağrısı, depressiya, yuxusuzluq, tərləmə və saç tökülməsi varsa, vitamin D için. D vitamini orqanizmdə noyabr –mart ərəfəsi çox aşağı olur. Ona görə oktyabrdan aprelə kimi qəbul etmək lazımdır”.