Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətindəki əks-hücum əməliyyatı əlverişsiz hava şəraitinə görə səngiyir.
Millətin Səsi.az “GORDON”a istinadla xəbər verir ki, bu barədə oktyabrın 23-də Luqansk vilayət hərbi administrasiyasının(VHA) rəhbəri Sergey Qayday telegram-kanalda yazıb.
“Yağışlı hava Luqansk vilayətində müdafiəçilərimizin irəliləməsini bir qədər ləngidir, lakin biz irəliləməkdə davam edirik. Tezliklə yaxşı xəbərlər olacaq”, – deyə VHA rəhbəri bildirib.
Epizodunu sosial şəbəkələrdə yerləşdirdiyi telemarafonun yayımı zamanı S.Qayday qeyd edib ki, Rusiya ordusu “köhnəlmiş və bir qədər paslanmış” olsa da, “böyük ordu” olduğu üçün ona “nifrətlə” yanaşmaq olmaz. Çünki hətta hərbi işlərdən heç nə anlamayan və tez məhv olacaq minlərlə səfərbər edilmiş insanın toplanmasına rəğmən nəhəng bu, bir qurğudur…
“Ukrayna Silahlı Qüvvələri istiqamətində atəş açacaq hələ çox adam var və hələ də bunun müəyyən təsirini hiss etmək olar”, – deyə VHA rəhbəri vurğulayıb.
Sultan Laçın