Tikintidən 25 minlik material oğurlayan şəxs tutuldu

Gəncədə tikintidən 25 000 manatlıq inşaat materialları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də tikinti sahələrinin birindən 25 000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini C.Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Share: