“TikTok” boşluğu qurbanın ziyanverici URL ilə SMS göndərməsinə yol açır.
Milletinsesi.az Trend-ə istinadən məlumat verir ki, “TikTok” son aylar ərzində inanılmaz dərəcədə məşhurlaşıb, lakin təhlükəsizliklə bağlı problemlər ondan da yan keçməyib.
Belə ki, “Check Point” şirkətinin mütəxəssisləri tətbiqdə çoxsaylı boşluqlar aşkar edib. Tədqiqatçıların sözlərinə görə, cinayətkar qurbanın hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.
Qeyd edilir ki, “TikTok” istifadəçilərinin sayı bütün dünyada milyardı keçir – tətbiq milyard dəfə Android və iPhone cihazlarına yüklənilib. Mövcud boşluqlara görə proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi və təhlükəsizliyi təhlükə altındadır. “Check Point” komandası hal-hazırda boşluqların real hücumlarda istifadə olunub-olunmadığından əmin deyil, lakin ekspertlər “TikTok” tərtibatçıları ilə birlikdə təhlükəsizlik problemlərinin aradan qaldırılması üzərində çalışır.