Tite baş məşqçisi olduğu Braziliya millisindən Amerika kuboku başa çatdıqdan sonra ayrılacaq.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Peru ilə final matçının nəticəsindən asılı olmayaraq, bu addımı atacaq. Bildirilib ki, 58 yaşlı mütəxəssis Çinin “Beyçzin Qoan” klubuna baş məşqçi təyin ediləcək.
Braziliya Futbol Federasiyasının isə artıq yeni baş məşqçi üçün “Qremio”nun çalışdıran Renato Qauşa ilə danışıqlara başladığı idida olunub.
Qeyd edək ki, Braziliya ilə Peru arasında final matçı iyulun 7-i keçiriləcək.