Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Modern.az Mərkəzin məlumatını təqdim edir:
Sıxlıq olan yolların siyahısı:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Binəqədi şosesi, Azadlıq prospekti m/st-dan Binəqədi qəsəbəsi istiqamətində;
6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
7. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
9. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
11. Mikayıl Üseynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
12. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
16. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
17. Bül-Bül prospekti, Sahil m/st-nın qarşısında;
18. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
19. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
20. Füzuli küçəsi, Rəşid Behbudov küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər;
21. 20 Yanvar dairəsində;
22. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.