Tixanovskaya Belarusu tərk etdi

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya ölkəni tərk edib.

“Milletinsesi.az” xəbər verir ki,  bu barədə Litvanın Xarici İşlər naziri Linas Linkyaviçyus öz tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, siyasətçi Litvada təqiblərdən gizlənir. Onun indi təhlükəsizlikdə olduğu bildirilib.

Qeyd edək ki, Belarusda artıq ikinci gündür ki, avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrindən narazı qalan etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında küçə toqquşmaları davam edir.

Share: