Hacıqabul rayonunda itkin düşmüş kişinin meyiti tapılıb.
Milletinsesi.az Publika.az-a məlumatına görə, hadisə rayonun Qızılburun kəndində baş verib.
Kənd sakini, 1953-cü il təvəllüdlü Xanzaman Məmmədov noyabrın 13-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları onun meyitini yaşadığı evin həyətində aşkarlayıblar.
İlkin ehtimala görə, o, həyətində qəfil infarkt keçirib və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


