
Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib.
Modern.az xəbər verir ki, Tokayev Türkiyənin Bartın əyalətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insan tələfatının olmasından kədərlənib.
“Bu çətin anda faciə ilə bağlı kədəri bölüşərək, Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizə və yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyirəm”, – Tokayev bildirib.
Xatırladaq ki, Türkiyənin şimalındakı Bartın vilayətində kömür mədənində partlayış baş verib. Partlayış 300 metr dərinlikdə baş verib. Həmin an 115 işçi yerin altında idi. Son məlumatda ölənlərin 40 nəfər olduğu bildirilib.