Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib.
Modern.az xəbər verir ki, o, sabah rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.
Tokayev prezident seçkilərindən sonra ilk xarici səfərini Rusiyaya edib.
Xatırladaq ki, noyabrın 20-də Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində Tokayev 81,31 faiz səslə qalib gəlib. Noyabrın 26-da Qazaxıstan Prezidentinin andiçmə mərasimi olub.