Tokayev qanun imzaladı – 1500 məhkum azad ediləcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Amnistiya haqqında” Qanun imzalayıb.

 

Modern.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, qanunla  “2022-ci il yanvarın 4-dən 7-dək olan müddətdə kütləvi iğtişaşlar şəraitində təxribatçıların təsiri altına düşərək cinayət əməlləri törətmiş” vətəndaşlar cəzadan azad olunacaqlar.

 

Amnistiyanın 1500-ə yaxın vətəndaşı əhatə edəcəyi gözlənilir.

Mənbə

Share: