Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana yeni səfir təyin edib.
Modern.az xəbər verir ki, Tokayev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Alim Bayel Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Alim Bayelin 39 yaşı var. Qazaxıstanın informasiya mənbələrinbdə qeyd olunur ki, Alim Bayel qazax, Azərbaycan, türk, ingilis və rus dillərində sərbəst danışır. Tokayevlə Ərdoğanın şəxsi görüşlərində də tərcüməçi kimi iştirak edib.
Alim Bayel Türkiyə və ABŞ universitetlərində təhsil alıb. Eyni zamanda, Qazaxıstanın nüfuzlu “Bolaşak” Dövlət Proqramının məzunudur. Diplomatın adı Tokayevin 2019-cu ildə yaratdığı Prezidentin Gənc kadrlar bazası siyahısında da yer alıb. Alim Bayel öz karyerasına diplomat kimi Türk Dövlətlərinin Əməkdaşlıq Şurasında, indiki Türk Dövlətləıri Təşkilatında başlayıb. Azərbaycana səfir təyin edilənə qədər isə Alim Bayel Türkiyənin İstanbul şəhərində Qazaxıstan səfirliyinin baş konsulu kimi fəaliyyət göstərib.
Ailəlidir, 1 qız övladı var.



