
Qazaxıstanın Mərkəzi Seçki Komissiyası Qasım-Jomart Tokayevi ölkədə keçiriləcək prezident seçkilərində ilk namizəd kimi qeydə alıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Qazaxıstan MSK-nın mətbuat katibi Sabila Mustafin danışıb.
Onun sözlərinə görə, Tokayevin sənədlərinin MSK tələblərinə uyğunluğu yoxlandıqdan sonra namizədliyi rəsmi şəkildə qeydə alınıb.
Xatırladaq ki, Qazaxıstanda prezident seçkiləri iyunun 9-da keçiriləcək.