
Rusiya prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, liderlər ikitərəfli münasibətlərin inkişafı, nəqliyyat dəhlizləri, ticarət-iqtisadi sahədə əməkdaşlığı müzakirə ediblər.
Söhbətlə bağlı digər detallar açıqlanmayıb.