Tokio-2020-də tətbiq olunacaq qadağalar və məhdudiyyətlər açıqlanıb

Tokio Yay Olimpiya Oyunlarının koronavirus pandemiyası ilə bağlı davranış kodeksi bəlli olub.

Təşkilat Komitəsinin hazırladığı hesabatda yarışda tətbiq olunacaq bir sıra məhdudiyyətlər əksini tapıb.

Oyunlar zamanı bütün iştirakçılar davranış kodeksinə əməl etməlidir. Buna riayət etməyən idmançılara sərt sanksiyalar tətbiq olunacaq.

Atletlərə yarışdan kənar müddətdə istənilən fiziki təmas qadağan ediləcək. Mütəmadi testlərdən keçəcək idmançılar yarış və məşqdən kənarda mütləq maska taxmalıdırlar.

İştirakçının Olimpiadada çıxışı başa çatandan sonra yoluxma riskinin artmaması üçün Yaponiyanı tərk etməlidir. Onlara Tokioda qalmaq və yarışı tamaşaçı kimi izləmək qadağan olunacaq.

Qeyd edək ki, koronavirusa görə 2020-ci ildən 2021-ci ilə təxirə salınan yarış iyulun 23-dən avqustun 8-dək keçiriləcək.apasport

Share: