Tom Kruz açıq kosmosda filmə çəkilən ilk aktyor olacaq…

“Tom Kruz yenidən özünün risklərə sevgisini və dublyorlardan imtina etdiyini sübut edəcək…”

 

“Tom Kruz bizi kosmos aparır, o, bütün dünyanı kosmosa aparır…”

 

 

Hollivudun 60 yaşlı veteranı açıq kosmosa çıxan Beynəlxalq Kosmik Stansiyanı ziyarət edən lk mülki şəxs olacaq.

 

Moderator.az xəbər verir ki, bu barədə “Nyu York Post” nəşri yazıb.

 

Tom Kruz yenidən özünün risklərə sevgisini və dublyorlardan imtina etdiyini “Missiya icraolunmazdır” filmində göydələndən çıxmaqla və ya “Top Qan Meverik”də qırıcı təyyarəyə pilotluq etməklə sübut edib.

 

İndi aktyor rejissor Daq Laymanla birgə “Universal Filmed Entertainment Group”a belə bir ideya ilə müraciət edib ki, o, raketlə Beynəlxalq Kosmik Stansiyaya yollanacaq, sonra isə açıq kosmosa çıxacaq.

 

Bu layihə barədə ilk dəfə 2020-ci ildə danışmağa başlanılıb, lakin kinematoqrafçıların planlarında COVİD-19 pandemiyası ucbatından fasilə yaranıb.

 

“Düşünürəm ki, Tom Kruz bizi kosmosa aparır. O, bütün dünyanı kosmosa aparır, – bunu “Universal Filmed Entertainment” şirkətinin nümayəndəsi Donna Lenqli deyib.

 

Bizim Tomla əla layihəmiz var…Raketi kosmik stansiyaya çatdırmaq və orada atışma törətmək”.

 

Filmin böyük bir hissəsinin Yerdə çəkilməsinə rəğmən, kulminasiyası “vəziyyəti xilas etmək üçün kosmosa yollanan personaj” olacaq.

 

Lenqli həmçinin Kruzun “kosmik stansiyanın hüdudlarından kənara, açıq kosmosa çıxan ilk mülki şəxs” olacağına ümid etdiyini ifadə edib.

 

Mənbə

Share: