Tomas Müller Ronaldu və Kasilyasın nailiyyətini təkrarlayıb

Tomas Müller Ronaldu və Kasilyasın nailiyyətini təkrarlayıb

Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller UEFA Çempionlar Liqasında 100-cü qələbəsini qazanıb.

34 yaşlı hücumçu buna evdə İngiltərənin “Mançester Yunayted” komandasını 4:3 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Təcrübəli forvard bu rəqəmə çatan üçüncü oyunçu kimi tarixə düşüb.

Daha əvvəl Kriştianu Ronaldu (115) və İker Kasilyas (101) bunu bacarıb.

Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Tomas Müller 2008-ci ildən əsas komandadadır.

Mənbə

Share: