Almaniyanın “Bavariya” klubu baş məşqçi Yulian Nagelsmanla yollarını ayıra bilər.
“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi hazırda 35 yaşlı mütəxəssisi istefaya göndərmək variantını nəzərdən keçirir.
Ölkə çempionu Nagelsmanın yerinə namizəd də tapıb. Bu, İngiltərənin “Çelsi” klubu ilə yollarını ayıran Tomas Tuxeldir.
Qeyd edək ki, “Bavariya” Bundesliqada 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb. Komanda son 4 turda 3 heç-heçə edib və 1 məğlubiyyət alıb.