Tornado 3 nəfərin ölümünə səbəb oldu – 600 yaralı var 

 

ABŞ-ın ən azı beş ştatda tornado qeydə alınıb.

Millətin Səsi.az xəbər verir ki, Arkanzas ştatında tornado nəticəsində 600 nəfər yaralanıb, üç nəfər ölüb.

Martın 31-i axşam saatlarına olan məlumata görə, 300 minə yaxın insan elektrik enerjisində fasilələr yaşayıb.

İllinoys, Ayova, Viskonsin, Tennessi, Missisipi ştatlarında da tornado baş verib. Arkanzas ştatının qubernatoru Sara Sanders fövqəladə vəziyyət elan edib.

Mənbə

Share: